
Yazıçı Seymur Baycanın kitabını maliyyələşdirməyə hazır olduğunu bəyan edən prodüser Tarix Əliyev (Tolik) müəllifin qarşısında şərt qoyub.
Prodüser qeyd edib ki, əgər Seymur Baycanın işıq üzü görəcək yeni kitabı müxalifətyönlüdürsə, o, həmin kitaba sponsorluq etməyəcək.
Qaynar.info Tolikin instagram hesabında yazdığı statusu təqdim edir: “Əgər o kitab müxalifətyönlüdürsə onda mən yoxam. Yox əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa onda mən kömək edəcəyəm. Mən Azərbaycanı sevən biriyəm”.
Xatırladaq ki, Seymur Baycan yeni kitabının nəşr olunması ilə bağlı müraciət yaymışdı. Bu müraciətdən sonra Tolik onun kitabını maliyyələşdirməyə hazır olduğunu bildirib.
Qaynar.info