
Şou-biznesin səs-sorağlı prodüsseru Tarix Əliyev ötən gün paytaxt restoranlarının birində doğum gününü qeyd etdi. Saat 19:00-da başlayan gecəyə şou-biznesin bir çox tanınmışları dəvət olunmuşdu .
Qaynarinfo.az xəbər verir ki, gecənin ən maraqlı məqamlarından biri isə ad gününə gəlməsi gözlənilən xalq artisti Aygün Kazımova, Natavan Həbibinin orda olmaması idi. Tolikin doğum gününə gəlməyənlərdən biri isə dostu Günay İbrahimli idi. Aldığımız məlumata görə son zamanlar yaxın dost olan Natavan xaricdə olduğuna görə gecədə iştirak edə bilməyib. Tanınmış prodüsserin ad günündə jurnalistlərə yetərli yer ayrılmaması da diqqətdən yayınmayıb. Prodüserin qonaqlı-qaralı ad günündən fotoları təqdim edirik.
Qaynarinfo.az









