XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tom Kruz və Enn Heteuey "Days of Thunder" filminin davamında birlikdə rol alacaq
Sənət09:35 31.08.2026

Tom Kruz və Enn Heteuey "Days of Thunder" filminin davamında birlikdə rol alacaq

Hollivudun məşhur aktyoru Tom Kruz və aktrisa Enn Heteuey 1990-cı ildə ekranlara çıxan “Days of Thunder” filminin davamında birlikdə rol alacaqlar. Filmin nümayiş tarixi də artıq açıqlanıb.

Qaynarinfo xəbər verir ki, iki ulduz "Paramount Pictures" ilə birlikdə yayımladıqları sosial media videosunda yeni layihəni elan ediblər. Videoda Kruz və Heteuey “Days of Thunder 2 – 2028-ci ilin yayı” yazılan yarış avtomobilinin qarşısında görüntüləniblər.

Hamilə olan Enn Heteuey videoda filmin çəkilişlərinə başlamaq üçün əvvəlcə körpəsini dünyaya gətirməli olduğunu zarafatla bildirib. Tom Kruz isə buna cavab olaraq “Yaxşı fikirdir, doğuşunu et, başlayaq” deyərək həmkarına zarafatla cavab verib. Kruz daha sonra filmin 2028-ci ilin yayında tamaşaçılara təqdim olunacağını açıqlayıb.

64 yaşlı Tom Kruz davam filmində orijinal ekran əsərində canlandırdığı NASCAR pilotu Koul Trikl obrazına qayıdacaq. 43 yaşlı Enn Heteuey isə filmdə yarış komandasının sahibi olan mühəndis obrazını canlandıracaq.

Filmin prodüserləri arasında Tom Kruz, Cerri Brukhaymer və Tommi Harper yer alır. Rejissor kürsüsündə isə Conatan Levin əyləşəcək.

1990-cı ildə çəkilən ilk “Days of Thunder” filmi Tom Kruzun karyerasında xüsusi yer tutur. Aktyor həmin ekran əsərində gələcək həyat yoldaşı Nikol Kidman ilə birlikdə rol almışdı. İkili məhz filmin çəkilişləri zamanı tanış olmuş və həmin il evlənmişdi.

“Days of Thunder” dünya üzrə təxminən 157,9 milyon dollar gəlir əldə edib. Filmin istehsal büdcəsi isə təxminən 60 milyon dollar olub.

Aydın