Xəbər lenti

Toplu SMS satan sirrli "L-SİM” şirkəti - 127 min manatlıq sanksiya, qanunvericiliyin pozulması
Ekonomiks17:08 19.01.2026

Toplu SMS satan sirrli "L-SİM” şirkəti - 127 min manatlıq sanksiya, qanunvericiliyin pozulması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnnovasiyalar Mərkəzi" MMC "L-SİM” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 
Qaynarinfo-nun məlumatına görə, müqavilə SMS paketinin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 778 564 manatdır. 
MMC bu məbləğə 20 000 000 ədəd SMS alacaq. Bu halda 1 SMS-in qiyməti 3,8 qəpiyə düşür. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "L-SİM” MMC 6 MAY 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Vidadi küçəsi, ev 187, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Adil İdris oğludur. 
Açıq mənbələrdə "L-SİM” MMC haqqında heç bir məlumat yoxdur. Adil Hüseynov barəsində də hər hansı məlumata rast gəlinmir. 
Bir neçə il əvvəl "L-SİM” MMC qanunvericliyi pozması ilə gündəmə gəlmişdi. Həmin vaxt medaida yer alan məlumatlarda bildirilirdi ki, şirkət antiinhisar qanunvericliyini pozub. 
2024-cü ildə isə "L-SİM” MMC-yə külli miqdarda maliyyə sanksiyası tətbiq edilməsi barədə məlumat yayılıb. Həmin məlumatda bidirilir ki, şirkətə məcburi auditdən yayındığına görə, 127 min manat maliyyə sanksiyası tətbiq edilib. 
Araşdırmalarımız zamanı o da məlum olub ki, "L-SİM” MMC satınalma müsabiqələrində fəal iştirak edir. 
Seyid