Xəbər lenti

Toz dumanı nə vaxtadək davam edəcək?
Ölkə12:40 04.11.2021

Toz dumanı nə vaxtadək davam edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Havada toz dumanı müşahidə olunur.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 
Məlumata görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada  tozun miqdarı normadan 2.5 dəfə çoxdur.
"Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”, - xidmətin əməkdaşı Gülnarə Abbasova deyib. 
G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.