Xəbər lenti

“Trabzonspor”un 38 illik həsrəti sona çatdı: Türkiyədə çempion bəlli oldu
İdman19:43 30.04.2022

“Trabzonspor”un 38 illik həsrəti sona çatdı: Türkiyədə çempion bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, tur çərçivəsində "Trabzonspor" öz meydanında "Antalyaspor" ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana biliblər.
Turnir cədvəlində 77 xala sahib olan bordo-mavililər 38 ildən sonra çempion olublar.
Qollar: Kornelius, 3, Dorukhan, 62, Ndao, 51, Rayt 80.
Qeyd edək ki, "Trabzonspor” buna qədər Türkiyə çempionatlarında altı dəfə çempionluq sevinci yaşayıb. Komanda sonuncu dəfə 1983-84-cü illər mövsümündə çempionatı ilk pillədə başa vurmağa nail olub.