Xəbər lenti

Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
Dünya 10:34 02.09.2025

Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda mühüm bəyanatla çıxış edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Çıxış Kiyev vaxtı ilə saat 21:00-a planlaşdırılıb, lakin onun məzmunu hələlik gizli saxlanılır.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, məhz bu gün Trampın Vladimir Putinə Ukrayna ilə sülh sazişi bağlamaq üçün verdiyi ultimatumun müddəti başa çatır.

Xatırladaq ki, UNIAN-ın məlumatına görə, dünən ABŞ maliyyə naziri Skot Bessent bəyan edib ki, Rusiya qoşunlarının Ukrayna şəhərlərini intensiv atəşə tutması ilə əlaqədar Vaşinqton Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiqini nəzərdən keçirir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->