Xəbər lenti

Tramp dərhal özünə qarşı impiçment prosesinin başlamasını istədi
Siyasət05:58 20.12.2019

Tramp dərhal özünə qarşı impiçment prosesinin başlamasını istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp impiçment çərçivəsində ABŞ Konqresinin Senatında prosesə dərhal başlamaq istəyini dilə gətirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə o, cümə axşamı öz Tvitterində məlumat verib.
Amerika lideri iddia edib ki, "Demokratlar Nümayəndələr Palatasında ona lazım olan prosesi təmin etməyib", nə vəkillər, nə şahidlər çağırılıb və onlar öz qaydalarını yuxarı palataya diktə ediblər. 
Demokratik Partiya nümayəndələrinin heç bir dəlili olmadığını qeyd edən Tramp "o dəlilləri” hətta heç vaxt üzə çıxaramayacaqlarını ehtimal etdiyini deyib. Ağ Ev rəhbəri prosesin dərhal başlanmasını istədiyini bildirib. O, həmçinin Nümayəndələr Palatasında olan respublikaçıların "saxta" impiçmentə səs vermədiklərini deyib.
Xatırladaq ki, çərşənbə günü Konqresin aşağı palatası ABŞ prezidentinə qarşı iki ittiham aktını təsdiqləyib: vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunvericilərin araşdırmasına mane olmaq.