
ABŞ Prezidenti Donald Trampın qərargahı demokrat Co Baydenin medianın elan etdiyi qələbəsinə meydan oxumaq üçün bir neçə əyalətdə yenidən bülletenlərin sayılmasını aparmağa qərarlıdır.
Qaynarinfoxəbər verir ki, bu iş üçün xüsusi qruplar yaradılacaq. Xüsusilə, mübahisəli əyalətlərdən – Corcoya, Arizona və Pennsylvaniada belə qrupların yaradılması nəzərdə tutulur.
"Axios” portalının məlumatına görə, Tramp tərəfdarlarını mitinqlərə toplamağı planlaşdırır, burada "ölü canlar" adlandırılanların səsvermədə "iştirakına” dair dəlillər göstərəcəyini vəd edir.
Hazırda prezidentin qərargahı vəkillərin axtarışı da daxil olmaqla, işin hüquqi tərəfinin təmin edilməsi ilə məşğuldur.
Eləcə də Tramp seçkiləri qazanmaq üçün sadiq tərəfdarların bazasını qorumaq üçün məhkəmələrdən istifadə etmək niyyətindədir. Media mənbələri əmindir ki, məhkəmə iddiaları ən yaxşı halda qaçılmazın təxirə salınmasına və zərərin minimuma endirilməsinə kömək edəcək.
Bundan əvvəl Donald Trampın seçki qərargahının sözçüsü - kürəkəni və prezident müşaviri Jared Kuşner Trampı məğlubiyyətini etiraf etməyə çağırması barədə mətbuatda yayımlanan məlumatları təkzib edib.
Alpər