ABŞ prezidentliyinə namizəd Donald Tramp ehtimal olunan rəqibi Kamala Harrisin qaradərili qadın olması faktını şübhə altına alıb və onun bu özünü identifikasiyanı seçki səbəblərindən seçməsini iddia edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times”
yazır.
Çərşənbə günü, iyulun 31-də Donald Tramp Kamala Harrisin özünü hind əsilli kimi təqdim etməli olduğunu, ancaq özünü qaradərili kimi tanıtmasının bir kampaniya hiyləsi olduğunu bildirib.
Trampın sözləri, qaradərili Jurnalistlərin Milli Assosiasiyasının media mütəxəssislərinin də iştirak etdiyi görüşdə səsləndirilib. O, həmçinin qaradərili amerikalılar üçün Avraam Linkolndan sonra "ən yaxşı prezident” olduğunu bildirib.
"Mən onu birbaşa olmasa da çoxdan tanıyıram və o, həmişə hind əsilli olub... O, yalnız hindli olmasını deyirdi. Bir neçə il əvvəl qaradərili olduğunu vurğulamağa başlayana qədər mən onun qaradərili olduğunu bilmirdim.. İndi o, qaradərili kimi tanınmaq istəyir. Yəni indi mən bilmirəm o hindlidir, yoxsa qaradərili?
Mən hər iki eyniləşdirməyə hörmət edirəm, amma deyəsən, o etmir. Çünki o, qəflətən dönüş edənə və qaradərili olana qədər həmişə hind əsilli idi”, - Tramp bildirib.
Kamala Harrisin anası hind əsilli amerikalı, atası isə qaradərilidir. Kamalə özü bu kimliklərin hər ikisini qəbul edir və həmişə qara olduğunu deyib.
O, bu məsələni "Truth Social” sosial şəbəkəsindəki paylaşımında da qaldırıb. "Dəli Kamala qaradərili deyil, hindli olduğunu deyir... O, hər şeydən, o cümlədən irqi kimliyindən istifadə edir”, - Tramp yazıb.
Harris Trampın açıqlamalarından sonra onun "nifaq və hörmətsizlik bəyanatları” ilə yenidən "şou nümayiş etdirdiyini” deyib.
"Amerika xalqı həqiqəti söyləyən, faktlar təqdim edildikdə düşmənçilik və qəzəblə cavab verməyən liderə layiqdir. Bizə fikir ayrılıqlarının bizi ayırmadığını anlayan lider lazımdır - onlar bizim gücümüzün əsas mənbəyidir", - Harris deyib.
Ağ Evin mətbuat katibi Karine Jan-Pierr də Trampın şərhlərinə cavab verib və onları təhqiredici adlandıraraq qeyd edib ki, "heç kimin heç kimə onun kim olduğunu deməyə haqqı yoxdur”.
Harrisin avqustun 7-dək Demokratlar Partiyasından prezidentliyə namizəd kimi rəsmən təsdiqlənəcəyi gözlənilir.
Son sorğulardan biri göstərib ki, Kamala Harris prezident seçkilərinin nəticələrinin ənənəvi olaraq müəyyən olunduğu yeddi əsas ştatda Donald Trampın liderliyini əlindən alıb.
Alpər
Şərhlər