Xəbər lenti

Tramp: “Çin Baydenin qalib gəlməsi üçün dezinformasiya kampaniyası aparır”
Siyasət08:15 21.05.2020

Tramp: “Çin Baydenin qalib gəlməsi üçün dezinformasiya kampaniyası aparır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp Çinin apardığı koronavirus haqda "dezinformasiya kampaniyası" və Amerikada prezident seçkisi arasında əlaqə olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Tramp Tvitterdəki mikrobloqunda Çinin Demokrat Co Baydenin ABŞ prezidenti olmasını "çox istədiyini” bildirib: "Beləliklə Çin on illərlə olduğu kimi ABŞ-ı talan etməyə davam edə bilər”.

Bundan əlavə, ABŞ prezidenti bir daha bəyan edib ki, Çin hakimiyyəti "epidemiyanı asanlıqla dayandıra bilərdi, amma bunu etmədi".

ABŞ prezidentdi dəfələrlə Çinin koronavirusla bağlı yarımçıq və ya yanlış məlumat verməsi haqda iddialar səsləndirib.

 

Alpər