ABŞ-ın maliyyə naziri Skott Bessent qeyd edib ki, sanksiyaların gücləndirilməsi və ya zəiflədilməsi Rusiya rəhbərliyinin addımlarından asılıdır və bütün variantlar müzakirəyə açıqdır.
Qaynarinfo xəər verir ki, bu barədə o, Fox News kanalına verdiyi müsahibədə
bildirib.
"Bu, Rusiya rəhbərliyinin atacağı addımlardan asılıdır – sanksiyalar ya artır, ya da azalır. Prezident Tramp, əgər bu, danışıqlarda üstünlük qazandırarsa, sanksiyaları gücləndirmək qərarında tərəddüd etməyəcək", – deyə ABŞ Maliyyə Departamentinin rəhbəri vurğulayıb.
Bessent əlavə edib ki, ABŞ hazırda İran və husilərə qarşı maksimum sanksiya təzyiqini tətbiq edir və Rusiyanın da belə bir təzyiqlə üzləşməsinin Moskvanın addımlarından asılı olduğunu bildirib.
Jurnalistin Rusiyanın SWIFT sisteminə qayıdışının danışıqlar mövzusu ola biləcəyi ilə bağlı sualına cavab verən Bessent "bütün variantlar masadadır" deyə qeyd edib.
Xatırlatma:
ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl bildirmişdi ki, Ukrayna yaxın günlərdə yeraltı sərvətlərlə bağlı razılaşma imzalaya bilər və Donald Tramp lazım gəldikdə Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə hazırdır.
Alpər
Şərhlər