
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp Nyu-York şəhərinin Manhetten səmtində yerləşən "Tramp Tower" göydələnində olan məşhur mənzilini satmaq niyyətindədir.
68 mərtəbəli binanın ən üst üç mərtəbəsindəki mənzilin interyer dizaynının müəllifi Ancelo Donqiyadır.
Donald Tramp Florida ştatındakı Palm Biçdə "Mar-a-lago Estate" malikanəsinin, Nyu-Yorkun Bedford səmtində "Seven Springs" villasının, Virciniya ştatındakı Şarlottsvildə "Albemarle" malikanəsinin, Sent-Martində "Le Chateau des Palmiers" lüks villasının da sahibidir.(milli.az)
Qaynarinfo.Az






