ABŞ prezidenti Donald Tramp Qərb neft şirkətlərinin rəhbərləri ilə Venesuela mövzusunda keçirilən görüşü yüksək qiymətləndirib və bu ölkəyə yüz milyardlarla dollar sərmayə yatırılacağını bəyan edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, cümə günü axşam Florida ştatının Uest Palm Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo iqamətgahına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində Tramp görüşün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, məsələnin mahiyyəti üzrə razılaşma əldə olunub:
"Biz indi neft şirkətlərinin rəhbərləri ilə əla bir görüş keçirdik. Belə desək, razılaşma əldə etdik. Onlar yüz milyardlarla dollarla gələcəklər ki, neft hasil etsinlər. Bu, həm Venesuela, həm də Birləşmiş Ştatlar üçün əladır. Çoxlu gəlir əldə olunacaq. Neftin qiymətləri aşağı düşəcək. Baxmayaraq ki, onlar onsuz da kifayət qədər ucuzlaşıb. Bu gün (9 yanvar – red.) dünyanın ən böyük şirkətləri ilə əla görüşümüz oldu”, – deyə Tramp bildirib.
Prezident Tramp Braziliya rəhbərliyinin Venesuela ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını da şərh edib:
"Cənubi Amerikada hər kəs xoşbəxt olacaq, hər kəs. Venesuela xoşbəxtdir. Onların hamısı xoşbəxt olacaq”.
Aydın
Şərhlər