ABŞ Prezidenti Donald Tramp administrasiyasının keçmiş Milli Təhlükəsizlik müşaviri Con Boltonun mart ayında nəşr edilməsi planlaşdırılan yeni kitabının nəşri "gizli məlumatları” yaydığı üçün yasaq edilib.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, Ağ Evdən Boltonun yazdığı "Hadisə yeri" adlı kitabın nəşriylə bağlı onun vəkilinə göndərilən məktubda kitab haqqında "Göründüyü kimi, kitabda xeyli məxfi məlumat var" deyə cavab verilib.
23 yanvar tarixli məktubda bəzi məlumatların "tam məxfi” olduğu və "milli təhlükəsizliyə fövqəladə zərər verə biləcəyi” də bildirilib.
Sputnik-in məlumatına görə, məktubda "Bu məxfi məlumatları silmədən kitab çap edilə bilməz və ya başqa şəkildə açıqlana bilməz", - deyə qeyd edilib.
Mövzu ilə bağlı Ağ Ev hələ ki, münasibət bildirməyib.
ABŞ prezidenti Donald Tramp isə Tvitterdəki açıqlamasında Boltonu hədəf alıb.
Boltonun illər əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi Nümayəndəliyi üçün təsdiq almadığını xatırladan Tramp "Bolton Senatın razılığı tələb olunmayan bir iş üçün mənə yalvardı”, - deyə yazıb.
Tramp Boltonun bir sıra səhvlər etdiyini bildirib:
"Mən ona qulaq assaydım, bu günə qədər Altıncı Dünya Müharibəsi olardı. Bolton hazırda vəzifədə deyil və dərhal ədəbsiz və yalançı bir kitab yazaraq milli təhlükəsizliyə aid məxfi materialları faş edib. Kim belə bir şey edər axı?".
Alpər