Xəbər lenti

Tramp:
Dünya 22:43 04.10.2024

Tramp: "Qarşıdakı seçkilər ABŞ-da sonuncu seçki ola bilər"

ABŞ-da keçiriləcək prezident seçkiləri ölkənin hazırkı vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris qalib gələrsə, sonuncu seçki ola bilər.

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

Siyasətçinin sözlərinə görə, o, seçkilərdə qalib gəlməlidir, əks halda ABŞ cəhənnəmə çeviriləcək.

"Bilirsiniz, deyirlər ki, bu, bizim son seçkimiz ola bilər. Mən də həqiqətən inanıram ki, bu bizim son seçkimiz ola bilər", deyə Tramp bildirib.

Sentyabrın sonunda bildirilib ki, Tramp uduzacağı təqdirdə qarşıdan gələn seçkilərin nəticələrini rədd etmək üçün bir sıra arqumentlər toplayır.

Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Co Baydenin ilkin olaraq Demokratların namizədliyini qazanacağı gözlənilirdi. Lakin iyulun 21-də o, prezidentlik yarışından çıxdığını elan edib və Harrisin namizədliyini dəstəkləyib. Onun rəqibi Tramp olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->