Xəbər lenti

Ağ Ev yenə erməniləri məyus etdi: qondarma “soyqırım” qətnaməsi təsdiqlənmədi
Siyasət05:25 18.12.2019

Ağ Ev yenə erməniləri məyus etdi: qondarma “soyqırım” qətnaməsi təsdiqlənmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Dövlət katibinin sözçüsü Morqan Ortaqus Senatın "soyqırım” qərarına Ağ Evin şərik olmadığını, 24 Aprel açıqlamasının yenə qüvvədə qaldığını deyib.

Qaynarinfoodatv.com-a istinadla xəbər verir ki, Ortaqus 1915-ci il erməni hadisələrini "soyqırımı" kimi tanıyan Senatın qərar layihəsini dəstəkləmədiklərini və rəhbərliyin mövqeyinin dəyişmədiyini bildirib:

"1915-ci il hadisələri ilə bağlı rəhbərliyin mövqeyi dəyişməyib. Buna dair fikirlərimiz prezidentin ötən ilin aprelindəki konkret bəyanatında əksini tapıb”.

 

Sputnik-in məlumatına görə, ABŞ prezidenti Tramp 24 aprel 1915-ci il erməni hadisələrinin ildönümü ilə bağlı yazılı açıqlamasında "Böyük fəlakət" ifadəsini işlətsə də, "soyqırım" iddialarını təsdiq edəcək bir ifadədən istifadə etməmişdi.