Xəbər lenti

Tramp Ukraynada seçkilərin keçirilməsini niyə tələb edir? (ŞƏRH)
Dünya 14:57 03.02.2025

Tramp Ukraynada seçkilərin keçirilməsini niyə tələb edir? (ŞƏRH)

"Belə tələblərin gündəmə çıxması Ukrayna probleminin uzadılması və onun daha mürəkkəb mərhələyə qədəm qoymasından xəbər verir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Trampın Ukraynadan bu il ərzində prezident və parlament seçkiləri keçirilməsini tələb etməsini şərh edərkən deyib.

"Tramp elan edirdi ki, Rusiya-Ukrayna müharibəsini bir günə həll edəcək. Amma Tramp artıq bu tezisini başqası ilə əvəzləyərək deyir ki, o olsaydı müharibə ümumiyyətlə baş verməzdi", deyə Arif Əliyev bildirib.



Arif Əliyev qeyd edib ki, Trampın bu açıqlaması problemin onun düşündüyü qədər asan həll olunmayacağından xəbər verir:

"Bu açıqlama onu göstərir ki, kotan möhkəm şəkildə daşa ilişib və problem Trampın düşündüyü və istədiyi qədər asan həll olunmayacaq. Çünki ortada tərəflərin hamısının maraqlarının toqquşduğu çoxsaylı məqamlar var".

Ekspert əlavə ki, indiki halda Trampın Ukraynada yeni seçkilər məsələsini ortaya atması vəziyyəti daha da çətinləşdirəcək:
 
"Çünki seçkilər bir-iki günə keçirilmir. Bunun üçün kifayət qədər uzun müddət tələb olunur. Qarşıda hərbi əməliyyatların sürətlənə biləcəyi yaz-yay dövrü gəlir. Digər tərəfdən, mövcud vəziyyətdə Ukraynada seçkilərin keçirilməsi istər-istəməz onu zəiflədəcək. Çünki bu seçkilərə Rusiya da, Avropa da müdaxilə edəcək. Bu proses isə ağır müharibə dövründə ölkədaxili siyasi qarşıdurmanı artıracaq".

Xatırladaq ki, Ukraynada prezident seçkiləri reqlamentə uyğun keçən ilin ortalarında baş tutmalı idi. Lakin ölkə müharibə şəraitində olduğundan seçkiləri keçirmək qeyri-mümkündür. Rusiya isə bu vəziyyətdən sui-istifadə edərək, bəyan edir ki, Volodimir Zelenski qeyri-legitim olduğundan onunla danışlar aparmağın mənası yoxdur. Tramp isə Ukrayna müharibəsini bitirəcəyini vəd edib. Belə bir vəziyyətdə o, Kiyevdən dərhal prezident və parlament seçkiləri keçirməyi də tələb edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->