Xəbər lenti

Trampa görə Dünya çempionatı Azərbaycanda keçirilə bilər
İdman14:38 27.02.2017

Trampa görə Dünya çempionatı Azərbaycanda keçirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın yürütdüyü siyasət ölkənin futbol üzrə Dünya Çempionatından məhrum edə bilər. İstiPress-in məlumatına görə, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin məlumat yayıb. 

Onun sözlərinə görə, turnirin ev sahibi mundialın ev sahibliyi seçimində ən müxtəlif kriteriyalar nəzərə alınacaq. 

“Əgər oyunçular, jurnalistlər və azarkeşlər siyasi baxışlarına görə Dünya Çempionatına gələ bilmirlərsə, bu zaman həmin ölkədə bu səviyyədə turnirlər keçirilməməlidir”. 

Qeyd edək ki, Futbol üzrə dünya çempionatı 2026-cı ildə keçiriləcək. ABŞ-dan əlavə, Azərbaycan, Kolumbiya, İngiltərə, Qazaxıstan, Avstraliya, Yeni Zelandiya və Türkiyə turnir uğrunda mübarizə aparacaq. 

Qaynarinfo.Az