Xəbər lenti

Trampın komandası Qremin Rusiyaya qarşı
Dünya 11:48 21.05.2025

Trampın komandası Qremin Rusiyaya qarşı "əjdaha" sanksiyasına dəstək verəcəkmi?

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio respublikaçı senator Lindsi Qremin Moskvaya qarşı "əjdaha” sanksiyaları nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.

Qaynarinfo "Financial Times” nəşrinin yazdığına istinadla xəbər verir ki, Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı Rubiodan bu təşəbbüsə dəstək verib-verməyəcəyi soruşulub.
 
O isə belə cavab verib: "Əgər aydın şəkildə bəlli olsa ki, ruslar sülh sazişi imzalamaqda maraqlı deyillər, o zaman bu nöqtəyə gəlib çata bilərik”.

"Amma Tramp hesab edir ki, əgər biz indi sanksiyalarla hədələməyə başlasaq, ruslar danışıqları dayandıracaq. Bizim üçün onlarla danışıq imkanını qorumaq və onları danışıqlar masasına oturtmağa çalışmaq vacibdir”, – deyə Rubio əlavə edib.

Xatırladaq ki, daha əvvəl Lindsi Qrem və demokrat senator Riçard Blumental birlikdə S.1241 saylı iki partiyalı qanun layihəsini təqdim etmişdilər. Bu layihə Rusiyaya və Ukraynaya qarşı təcavüzü dəstəkləyən ölkələrə qarşı sərt iqtisadi tədbirlərin tətbiqini nəzərdə tutur.

Sanksiyalar o halda qüvvəyə minəcək ki, Rusiya Ukrayna ilə sülh danışıqlarında iştirakdan imtina etsin, mövcud razılaşmaları pozsun və ya yeni hərbi təcavüzə baş vursun.

Beləliklə, qanun layihəsində rus nefti, qazı, uranı və digər enerji resurslarını alan ölkələrdən idxal edilən mallara 500%-lik tarif tətbiq olunması təklif edilir.

Senatorlar həmçinin amerikalıların Rusiya suveren borclarını almasını qadağan etməyi və Rusiya dövlət strukturları ilə maliyyə əməliyyatlarını məhdudlaşdırmağı da təklif edirlər.

Qanun layihəsi ABŞ Senatında geniş dəstək qazanıb – 72 senator onu imzalayıb, bu da ehtimal olunan prezident vetosunu aşmaq üçün lazım olan həddi ötür.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->