ABŞ və Türkiyə Prezidenti Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, ikitərəfli münasibətlər və regional problemlərə toxunulub.
Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə liderinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Xüsusilə Aralıq dənizindəki vəziyyət barədə danışılıb.
Ərdoğan ABŞ prezidentinə Türkiyənin bölgədəki gərginliyə görə cavabdeh olmadığını və məsələlərin dialoq yolu ilə həll edilməsini vacib saydığını söyləyib.
Xatırladaq ki, bundan əvvəl Ankara mübahisəli sulara tədqiqat gəmisi göndərib ki, bu da Türkiyə ilə Yunanıstan arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Yunan hakimiyyəti Türkiyə tərəfinin hərəkətlərini qanunsuz adlandırıb.
Karbohidrogenlərlə zəngin olan bölgədəki qitə şelfinin həcmi ilə bağlı Türkiyə ilə Yunanıstan arasında ciddi fikir ayrılıqları var.
Alpər