Dünya 20:35 14.08.2022

Trass baş nazir postuna yaxınlaşır - Qalib ayın 5-də açıqlanacaq

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ölkənin baş naziri postu uğrunda mübarizədə Rişi Sunakı 22 faiz qabaqlayır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Bu nəticəni Mühafizəkarlar Partiyasının üzvləri arasında Opinium Research tərəfindən aparılan sorğu göstərib. Hazırkı baş nazir seçkilərində necə səs verəcəklərinə qərar verən 450 partiya üzvü arasında Trass 61%, keçmiş maliyyə naziri Sunak isə 39% səs toplayıb.

Trassın dəstəyinin əsas səbəbləri Sunakı bəyənməməsi, xarici işlər nazirinə daha çox etimad göstərməsi və Boris Consona sədaqəti olub. Sunakın tərəfdarları onun iqtisadiyyatdan ən yaxşı anlayışa malik olduğunu və bütün namizədlər arasında ən bacarıqlı olduğunu bildiriblər.

Yeni baş nazir üçün səsvermə poçtla aparılır və qalib sentyabrın 5-də elan olunacaq.

Nizami Bağırov