
Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.
Qaynarinfo.Az-a bu barədə məlumat Opera və Balet Teatrının Mətbuat Xidmətindən daxil olub.
Məlumatda qeyd olunur ki, tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə Teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Ukrayanın Xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmini (Alfred) dəvət ediblər.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Markiz), Əməkdar Artistlər Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.
Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Qaynarinfo.Az