
Türkiyənin yeni serialında Fahriye Evcen və Tuba Büyüküstünün də rol alacağı iddia edilir.
"Qaynarinfo" gecce.com-a istinadən xəbər verir ki, baş rolunu Kenan İmırzalıoğlunun ifa edəcəyi yeni serial "Fatih"də aktyorun baş rol tərəf müqabilinin T. Büyüküstün olacağı deyilir. Serialın çəkilişlərinə hazırlıq işləri davam etdirilir.
Həmçinin "İçerde"də "Kebapçı Celal" obrazı ilə yaddaşlardan silinməyən aktyor Çetin Tekindorun da yeni serialda rol alacağı bildirilir. Ötən serialda mənfi obrazda çıxış edən aktyor bu serialda da mənfi qəhrəmanı canlandıracaq.
Qeyd edək ki, çəkilişlərinə oktyabr ayında başlanılacaq olan serialın yanvar ayından etibarən efirə gedəcəyi gözlənilir.
Qaynarinfo.Az