Xəbər lenti

Tural Abbaslı “Müsavat”dan getməsindən danışdı
Siyasət09:21 07.05.2016

Tural Abbaslı “Müsavat”dan getməsindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bizim Müsavat partiyasından gedişimizin səbəbi yeni partiya quraraq fəaliyyətimizi orada davam etdirməkdir”.

Bu barədə AzNews.az-a açıqlamasında “Ağ blok”un təsisçisi Tural Abbaslı deyib. O qeyd edib ki, istefa səbəbi Müsavat partiyasını zəiflətmək deyil: “Heç bir halda bu məsələni kampaniyaya çevirmək niyyətində deyilik. Odur ki, kimlərin partiyadan gedib-getməyəcəyi onların verəcəyi qərardır. Bundan əlavə, biz partiyamızı Müsavat partiyasının elektoratının hesabına yaratmaq niyyətində deyilik”.

Qeyd edək ki, Tural Abbaslı Müsavat partiyasından istefa verib. Buna səbəb “Ağ blok”u partiyaya çevirib, qurultayda sədr seçkisində iştirak etməkdir.

Qaynarinfo.az