Xəbər lenti

Tural Abbaslı: "Məlum video bizə qarşı təxribatdı" - VİDEO
Siyasət13:59 09.09.2013

Tural Abbaslı: "Məlum video bizə qarşı təxribatdı" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün mediada Müsavat Gənclər Təşkilatı tərəfindən hazırlandığı iddia olunan və Eldar Namazovun ələ salındığı video yayılıb. 

Qaynar.info-nun verdiyi xəbərə görə, Youtube sosial şəbəkəsində yerləşdirilən videoya Müsavat Gənclər Təşkilatı adı qoyulub və video Aftandil Quliyev adlı şəxs tərəfindən yerləşdirilib. 

Məsələyə aydınlıq gətirmək üçün Müsavat Partiyası Divanın üzvü və Müsavat Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı ilə əlaqə saxladıq. 

T. Abbaslı Qaynar.info-ya açıqlamasında bildirdi ki, onların belə bir videodan xəbərləri yoxdur: "Biz belə bir video hazırlamamışıq. Xatırlayırsınızsa Xədicə İsmayılovun videosu da ilk dəfə Müsavatın adından yaradılmış bir sayt vasitəsi ilə yayılmışdı. Ancaq hamı bilirdi ki, bunu hakimiyyət edib. İndi də Milli Şuranın əsas qurucu və yaradıcılarından olan Müsavat Partiyası və EL hərəkatı arasında qarşıdurma yaratmaq istəyənlər bunu ediblər. Bu video təxribatdır. Biz, EL Hərəkatı və digər təşkilatlar vahid namizəd Cəmil Həsənlinin seçki kampaniyası tərafında birləşib öz işimizi görürük. Videonu youtube saytına yerləşdirən Aftandil Quliyev adlı şəxsi isə ümumiyyətlə tanımıram və Müsavat Gənclər Təşkilatında indiyə qədər Aftandil adlı gənc olmayıb".

Pərviz

Qaynar.info