Xəbər lenti

Tural Məmmədov parlament seçkilərinə namizədliyini irəli sürdü
Siyasət10:41 24.12.2019

Tural Məmmədov parlament seçkilərinə namizədliyini irəli sürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalqinfo.az xəbər portalının baş direktoru Tural Məmmədov fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.
Seçki hüququmdan istifadə edərək, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm.
Qeyd etmək lazımdır ki, Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğində xüsusi fərqlənən ictimai-siyasi gənclərdən biridir. 
T.Məmmədov bundan əlavə gənc tarixçi kimi Təhsil Nazirliyinin 1137 saylı əmri əsasında ilk dəfə "Azərbaycan tarixi "Abituriyentlər üçün dərs vəsaitinin müəlifidir.Gənc fəal həmdə natiqlik bacarığı ilə fərqlənir.