İdman 16:38 20.07.2022

"Turan Tovuz" yeni transferini açıqladı

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Rusiya "Zenit"inin yetirməsi Ayxan Hüseynovu transfer edib. 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.
 
Səbuhi Həsənov