Xəbər lenti

“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirildi (VİDEO)
Ölkə12:32 09.08.2020

“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.