Xəbər lenti

Türk ABŞ və Avropa üçün əbədi rəqibdir – AY Partiya Başqanı Anar Əsədli
Siyasət11:51 25.04.2022

Türk ABŞ və Avropa üçün əbədi rəqibdir – AY Partiya Başqanı Anar Əsədli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ Prezidenti Co Baydenin bu il də ənənəvi olaraq 1915-ci il hadisələrindən danışarkən "erməni soyqırımı" ifadəsini və  "qətl edilən erməniləri anırıq” kimi ifadələr işlətməsi bir tərəfdən Türkiyəyə və bütün Türk dünyasına qarşı siyasi təhdid, digər tərəfdən isə erməni lobbisindən aldığı səslərə görə üzrxahlıqdır, yəni loru dillə desək,  "mən sizin üçün nəsə edirəm”dir”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Yüksəliş Partiyasının başqanı  Anar Əsədli ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrindən danışarkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 
Partiya başqanı qeyd edib ki, Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915 hadisələri üçün "erməni soyqırımı" əvəzinə "fəlakət" və ya "tarixin qaranlıq dövrü" kimi ifadələr işlədiblər.
O, qeyd edib ki, "erməni soyqırımını” rəsmən tanıyan ölkələrin sayı otuz bir olsa da, "erməni soyqırımı" ilə bağlı məhkəmə iddiası qaldırmağın mümkün olmamasının ən vacib səbəblərindən biri Amerika hökumətinin bu istiqamətdə qərar verməməsi idi: "Bu arada onu da qeyd edim ki, Amerika Prezidentinin bu çıxışı məhkəmələrdəki  iddiaların qısa müddətdə bitəcəyi anlamına gəlmir. Onlara görə mülki işlərin illərlə çəkə biləcəyi və bəlkə də bu prosesin başladacağı qaydalar var, amma onsuz da Türkiyənin məhkəmə proseslərinə çox zaman itirəcəyi aydındır. Bütün hallarda isə Amerikanın 1915-ci il hadisələrini soyqırımı kimi xarakterizə etməsi son dərəcə səhv, haqsız və qanunsuzdur. İtirən yalnız Amerika tərəfi olacaq”. 
Anar Əsədli bildirib ki, bu məsələ ilə Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə geriləmə ilə nəticələnəcək. 
O, qeyd edib ki,  NATO baxımından Türkiyə kimi döyüşkən orduya malik üzvü itirmək yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Qısacası, Amerika Prezidentinin bu açıqlaması çox da qorxulu deyil: "Ümumiyyıtlə isə "erməni soyqırımı”ndan danışanlara sual vermək lazımdır ki, ”erməni soyqırımı”nı nə vaxt gördünüz? Bununla əlaqədar hansı video və foto faktlar, yaxud kütləvi məzarlıqlara rast gəldiniz? Hanı tarixi sənədlər?”
Anar Əsədli bildirib ki, faşist Almaniyasının yəhudilərə qarşı soyqırımı törətdiyi ancaq uzun müddət davam edən Haaqa Məhkəməsinin qərarından sonra təsdiqlənmişdi: "İnsanlığa sığmayan əsir düşərgələrinin, kütləvi insan qırğınlarının baş verdiyini isbatlayan kifayət qədər faktların olmasına rəğmən, Almaniyanın cinayətini sübut etmək üçün Haaqa Məhkəməsinin bütün hüquqşünasları çalışırdı. Ortada videogörüntülər, kütləvi məzarlıqlar, canlı şahidlər vardı, amma xristian dünyası  soyqırımından indiki qədər əminliklə danışmırdı. Lakin üstündən 100 il keçmiş soyqırımı iddialarının qarşılıqlı olmasına baxmayaraq, hələ heç bir məhkəmədə hüquqi qiymətini almamış hadisəyə "soyqırımı" yarlığı yapışdırmaq siyasi ikiüzlülükdən başqa heç nə deyil”.
AY Partiya başqanı ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən hadisələrdən danışarkən onu da əlavə edib ki, "erməni soyqırımı”ndan danışarkən "Xocalı soyqırımı” da unutmaq olmaz. Çünki bu, lap yaxın tarixdir: "Xocalı soyqırımı XX əsrin lap sonlarında baş verib. Hadisəyə dair faktlar yenidir, videolar, fotolar var ortada. Bu qırğını ermənilərlə birlikdə 366-cı rus alayı törədib. Ancaq rusları soyqırımda ittiham etmək, tarixi gerçəkləri ortaya qoyub, rusların həqiqətən xalqlar qatili olduğunu söyləmək Amerikanın işinə yaramır. Ən azından bu gün. Amerikanın və Avropanın da nə istədiyi aydındır. Bütün dostlar, düşmənlər dəyişir, ancaq türk həmişə yumşaq desək əbədi rəqibdir”.