Xəbər lenti

Türk Dövlətləri Təşkilatı toplanır: nələr müzakirə olunacaq? - Politoloq
Siyasət14:00 07.01.2022

Türk Dövlətləri Təşkilatı toplanır: nələr müzakirə olunacaq? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın zamanlarda Qazaxıstana hümanitar sahədə yardım etmək lazım olacaq”.
Bunu  Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov yanvarın 11-də keçiriləcək Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısından danışarkən deyib. Onun fikirincə, Türk Dövlətləri Təşkilatı bu məsələdə öz rolunu oynaya bilər:
"Toplantının mövzusu aydınıdır, Qazaxıstanda baş verənlər müzakirə olunacaq. Həm dövlətə, həm legitim hakimiyyətə, həm qazax xalqına dəstək veriləcək ki, bu hadisələr hamısı konistitutsiya çərçivəsində inkişaf etsin və tez bir zamanda stabillik bərqərar olsun”.
Fərhad Məmmədov hesab edir ki, bununla bağlı da Türk Dövlətləri Təşkilatı əlindən gələn təklifləri verə bilər:
"Hazırda hərbiçilərin fəaliyyəti var”.
Qeyd edək ki, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.
Bahar Rüstəmli