Sənət 09:45 10.08.2022

Türk əsilli yazar Almaniyanın ən nüfuzlu ədəbi mükafatını qazandı

Darmstadtdakı Alman Dil və Ədəbiyyat Akademiyası çərşənbə axşamı, avqustun 9-da Georg Buchner Ədəbiyyat Mükafatının builki qalibini elan edib: 75 yaşlı türk əsilli yazıçı Əminə Sevgi Özdamar.

Qaynarinfo bu barədə "Deutschland"a istinadən xəbər verir.

Bu mükafat Almaniyanın ən nüfuzlu ədəbi mükafatı hesab olunur və qalibə 50 min avro nağd pul verilir.
 
Özdamar bu mühüm mükafatı alan 12-ci qadın yazıçıdır. Buchner mükafatı ona rəsmi olaraq noyabrın 5-də təqdim olunacaq.

Münsiflər heyəti Özdamarın seçilməsi ilə bağlı qərarını açıqlayaraq elan edib: 

"Alman Dil və Ədəbiyyat Akademiyası, əsərləri ilə alman dilinə yeni mövzular və perspektivlər, eləcə də çox poetik çalar bəxş edən görkəmli bir yazıçını qalib olaraq seçdi".

Bu akademiyanın elanına görə, Özdamar üç on ildən artıqdır ki, alman ədəbiyyatını roman, hekayə və pyesləri ilə zənginləşdirir, eyni zamanda, müxtəlif dillər, mədəniyyətlər və dünyagörüşləri arasında intellektual və poetik dialoqa şərait yaradır.

Türkiyədə doğulub İstanbulda böyüyən Özdamar ilk dəfə 1965-ci ildə Almaniyaya gedib. O, Almaniya, Türkiyə və Fransada yaşayır.

Carl Georg Buchner (1813-1837) alman dramaturqu, həkim və inqilabçı xadimdir. 1951-ci ildən Büxner Mükafat Akademiyası onun adına mükafatı alman dilində yazan müəlliflərə verir. Georg Buchner Mükafatı Almaniya hökuməti, Hessen əyalət hökuməti və Darmstadt bələdiyyəsi tərəfindən maliyyələşdirilir.

Maks Friş (1958), Günter Qross (1965) və Henrix Böll (1967) bu mükafata layiq görülən müəlliflər arasındadır.

M.Arif