Dünya 20:35 07.03.2024

Türk Hava Yolları rusları Cənubi Amerikaya daşımaqdan imtina edir

Türk Hava Yolları Rusiyadan Argentinaya turist daşımaqdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Argentina in Russian” "Telegram" kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, aviadaşıyıcı rus turistlərdən geri dönüş biletinin olmasını tələb edir. Bundan əlavə, eyni rezervasiyada olmalıdır.

"Bununla şirkət sərnişinlərin məcburi deportasiyası risklərini azaldır və görünür, regionun miqrasiya orqanlarının yeni tələblərinə cavab verir. Eyni zamanda, söhbət təkcə Argentinadan getmir", deyə məlumatda qeyd edilir.

"Telegram" kanalının məlumatına görə, sərnişinlərin baqajları az olduqda və ya heç olmadıqda da reysə buraxılmaya bilər. Daha əvvəl heç yerə getməmiş təmiz pasportu olan sərnişinlər də təyyarəyə buraxılmaya bilərlər. Bundan əlavə, sığorta, mehmanxana rezervasiyası və digər sənədləri olmayan səyahətçilər reysə buraxılmır.

Qeyd edilir ki, İstanbuldan Cənubi Amerikaya müntəzəm reyslərə sərnişinlərin buraxılmaması ilə bağlı bir neçə hal artıq məlumdur.

Aydın