Xəbər lenti

Türk siyasətçidən Azərbaycana dəstək:
Siyasət 14:10 20.09.2023

Türk siyasətçidən Azərbaycana dəstək: "Bizim iradəmizin parolu “Azad Qarabağ”dır"

"Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir, Qarabağ türkdür, bütün işğal prosesi bitənə qədər bizim iradəmizin parolu "Azad Qarabağ”dır".

Qaynarinfo xəbər verir ki, bu sözləri türkiyəli siyasətçi, keçmiş millət vəkili Yavuz Ağıralioğlu özünün "X” sosial şəbəkə hesabında yazıb. 

Siyasətçi fikirlərinə bu sözlərlə davam edib:

"Sən türk olduğunu unutsan, düşmənin heç vaxt unutmaz. Qarabağda baş verən terror aktı bölgədəki bəzi şəxslərin əvvəlki proseslərdən kifayət qədər dərs almadığını göstərir. Ona görə də biz bir daha, qəti şəkildə ifadə etməliyik: Qarabağ Azərbaycandır! Qarabağ Türkiyədir! Qarabağ türkdür! Bütün işğal bitənə qədər bizim iradəmizin parolu "Azad Qarabağ”dır. 

Vətənimiz Qarabağ azad olana qədər mübarizəmizlə, azadlıqdan sonra bütün sevincimizlə həmişə əziz Azərbaycanın yanındayıq. Ona görə də Qarabağ bizim tərəfkeşlik sınağımızdır. Məlum olsun ki, kim Qarabağa, Azərbaycana dostdursa, biz də onlarla dostuq. Kim Qarabağa, Azərbaycana düşməndirsə, biz də onların düşməniyik”.

Günay

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->