Xəbər lenti

"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini dəstəkləyir" (ŞƏRH)
Siyasət10:20 23.12.2023

"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini dəstəkləyir" (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyə son zamanlar Ermənistan - Azərbaycan münaqişəsinin həlli istiqamətində daha fəal diplomatik siyasət həyata keçirir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə və Rusiya XİN rəhbərlərinin dünən baş tutan telefon danışığını şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Ankaranın bu aktivliyi ABŞ və Avropa Birliyi tərəfindən təqdir olunur:
"Onlar Türkiyənin bu mövqeyini bölgəyə sülhün gətirilməsi yolunda ümidlərin artması fonunda dəyərləndiriblər. Prosesdən kənarda qalmaq istəməyən Moskva da istər-istəməz Türkiyənin bu vasitəçiliyində maraqlı olmağa məhkumdur. Ankara yaxşı anlayır ki, Cənubi Qafqaza hələ də təsir dairəsini saxlayan Moskva ilə də bəzi vacib məsələləri razılaşdırmadan bölgədə sülhün əldə edilməsi o qədər də asan olmayacaq. Ona görə də yəqin ki, Ankara belə bir telefon danışığına zərurət duyub. Danışıqlar prosesində qardaş Türkiyə varsa, onun ədalətli və Azərbaycanın milli maraqlarına uyğun formatda aparıldığı ilə bağlı bizdə əminlik yarada bilər. Danışıqlar prosesində uğurlu nəticə əldə olunacaqsa, heç şübhəsiz tərəflər onu ictimaiyyətə də məlum edəcək. Lakin prinsipial məsələlərdə razılıq əldə edə bilməsələr, ola bilsin ki, danışıqlar barədə heç bir əsaslı məlumat verilməsin”. 
Qeyd edək ki, dekabrın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Onlar danışıqların gedişində yalnız Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. 
Rüfət Sultan