Dünya 18:59 05.10.2022

Türkiyə dünya çempionatı çərçivəsində Qətərə hərbi kontingent göndərəcək

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingenti 2022 FIFA Dünya Kuboku çərçivəsində Qətərə göndəriləcək.

Qaynarinfo xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul olunub.

Qeyd edək ki, TSQ-nin bu əməliyyatı "Dünya Kuboku Qalxanı” adlandırılacaq.