
İstanbulun Taksim meydanındakı Gezi Parkı ilə bağlı keçirilən aksiyalar Türkiyə iqtisadiyyatına ciddi zərbə vurub.
Qaynar.info-nun məlumatına görə, İstanbul birjası son bir neçə ildə ilk dəfə olaraq 6.43 faiz azalmağa başlayıb.
Dolların kursu isə bir il yarımda ilk dəfə olaraq 1.90 lirə olub.
"Bosphorus Capital" birjasının baş katibi Murad Salar verdiyi açıqlamasında bazarda panika yaşandığını və buna da ən ciddi reaksiyanı birjanın verdiyini söyləyib: "Əsas azalma Türkiyədə baş verən hadisələrlə bağlıdır. Çünki ortada ciddi qeyri-sabitlik yaranıb".
Salar vəziyyət sabitləşərsə qiymətlərin yenidən düzələcəyini bildirib.
Qaynar.info