Xəbər lenti

Türkiyə İŞİD-ə qarşı savaşdan rəsmən imtina etdi
Siyasət14:53 12.09.2014

Türkiyə İŞİD-ə qarşı savaşdan rəsmən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kerri tələsik Ankaraya gəlir
Türkiyə   İŞİD -ə qarşı savaşı nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.
Avropa.info   Türkiyə mətbuatına istinadən  xəbər verir  ki,  rəsmi Ankara  İŞİD-ə qarşı birgə əməliyyatı nəzərdə tutan,  ABŞ və Ərəb Birliyi ölkələrinin  ortaq  sənədini imzalamağı  rədd edib.
***
Avropa.info xəbər verir ki, Türkiyənin İŞİD-ə qarşı savaş planını imzalamamasından sonra, ABŞ-ın dövlət katibi Con Kerri  bu gün Ankaraya səfər edəcək. Türkiyə mətbuatının yazdığına görə, səfər öncədən planlaşdırılmamış bir səfərdir. Kerrinin belə tələsik bir şəkildə Ankaraya gəlməsi Türkiyənin İŞİD-ə qarşı savaşdan imtina etməsiylə əlaqələndirilir. 
ABŞ-ın Türkiyəni  İŞİD-ə qarşı koalisiyada görmək istədiyi və bu tələbin Ankara qarşısında qəti şəkildə qoyulacağı bildirilir. İŞİD-ə qarşı düzənlənən koalisiyanın əsasən, İncirlikdəki  hərbi bazadan istifadə etmək  məqsədində olduğu deyilir. 
Qeyd edək ki, Kerrinin səfəri son bir həftədə ABŞ rəsmilərinin Türkiyəyə edəcəyi ikinci səfərdir. Bundan əvvəl ABŞ-ın Müdafiə naziri  Hegel  Ankaraya səfər etmiş və belə demək mümkünsə, Türkiyənin  "nəbzini yoxlamışdı". 
Xatırladaq ki, dünən Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulmayacağını və əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.
Qaynar.info