Xəbər lenti

Türkiyə kərə yağı ixracını məhdudlaşdırır - Azərbaycan və Kipr istisnadır
Ekonomiks15:00 15.04.2022

Türkiyə kərə yağı ixracını məhdudlaşdırır - Azərbaycan və Kipr istisnadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hökuməti kərə yağının ixracını məhdudlaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Birliyi Nazirliyi məlumat yayıb. 
Bildirilir ki, nazirliyin Qida və Nəzarət Baş İdarəsi tərəfindən 81 əyalət müdirliyinə bu barədə məktub göndərilib. Məktubda Şimali Kipr və Azərbaycan (həmçinin Naxçıvan Muxtar Respublikası) istisna olmaqla, kərə yağının ixracına məhdudiyyət qoyulması tələb edilib. 
Qərar milli kərə yağı tədarükünün təhlükəsizliyini təmin etmək, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.
Əhməd