Xəbər lenti

Türkiyə odla su arasında: Ankara bu dalandan necə çıxacaq? (ŞƏRH)
Siyasət09:23 25.02.2022

Türkiyə odla su arasında: Ankara bu dalandan necə çıxacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyənin həm Kiyev, həm də Moskva ilə ciddi əlaqələri var. Bu konyunkturada Ankaranın açıq mövqe sərgiləyəcəyi ağlabatan deyil. Ona görə də Türkiyə ümumən tərəfsiz qalmağı seçəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy həm Rusiya, həm də Ukrayna ilə sıx əməkdaşlıq quran Türkiyənin bu iki ölkə arasında başlanan savaşda hansı mövqe sərgiləyəcəyini şərh edərkən deyib:
"Hazırda beynəlxalq münasibətlərində Ukrayna ilə Rusiya arasında seçim etmək prosesi gedir. Türkiyənin Ukrayna məsələsində siyasəti daha əvvəlki siyasətinin məntiqi davamıdır. Ankara nə Ukraynanın işğalını, nə də Rusiyanın bu istiqamətdəki addımlarını qəbul edib. Bu mənada Ankara beynəlxalq hüquq müatəvisində Ukraynanın mövqeyini dəstəkləyir”. 
Həmsöhbətimizin fikrincə, Dardanel və Bosfor boğazlarının bağlanması məsələsi gündəmə gələrsə, Ankara onu tək Rusiya hərbi gəmilərinə qarşı deyil, elə Ukrayna və NATO gəmilərinə də aid edəcək:
"Bu məsələdə Montro sazişinə uyğun Ankara hər cür reaksiya verə bilər. Ancaq verəcəyi reaksiya ilə də mövqeyini müəyyənləşdirəcək. Ona görə Ankara boğazları bağlamalı olsa, hər iki, həm Ukrayna, həm Rusiya, hətta NATO hərbi gəmiləri üçün də bağlamalı olacaq. Yəni bu məsələyə Ankara birtərəfli yanaşmayacaq. Bir sözlə, Rusiyanın Türkiyə ilə münasibətlərini nəzərə alsaq, boğazların rus hərbi gəmiləri üçün bağlanması ehtimalı mümkün görünmür. Çünki onun baş verməsi bölgədə yeni risklər yarada builər. Hətta Ankara ilə Moskva arasında münasibətlərin neqativ istiqamətdə dəyişməsi Azərbaycanın da marağına uyğun deyil. Onların münasibətləri gərginləşsə, bunu Qafqazda da hiss edəcəyik.
Türkiyənin Ukrayna ilə bağlı NATO-nun verəcəyi qərarları icra edib-etməyəcəyinə gəldikdə, ekspert bunun veriləcək qərarın məğzindən asılı olduğunu dedi: 
"Siyasi qınama, mövqelərin möhkəmləndirilməsi istiqamətində Türkiyə NATO çərçivəsində fəaliyyətini davam etdirəcək. Rusiyanın NATO sərhədində həbri gücünün təmərgüzləşmə və gücləndirilməsi baş verdikdə, Türkiyə də Rusiya ilə sərhəddə öz cəbhəsini daha da möhkəmləndirəcək. Amma Türkiyə ordusunun Litvaya, Polşaya getməsi ağlabatan deyil”.
Rüfət Sultan