Xəbər lenti

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycana nə verəcək?
Siyasət09:26 30.01.2021

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycana nə verəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qarabağda situasiyanı dəyişdirir və proseslərin inkişafına dair ehtimalları önə çıxarır.
Qaynarinfo xəbər verir ki, bu sözləri jurnalist-analitik Asif Nərimanlı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını şərh edərkən vurğulayıb. Asif Nərimanlı Mərkəzin fəaliyyətə başlamasının Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımlarını məhdudlaşacağını qyed edib: 
"Rusiya sülhməramlılarının Qarabağda funksiyasına zidd addımları məhdudlaşacaq: müharibədən sonra bölgədə təkbaşına, həm də özbaşına hərəkət edən ruslara alternativ gəldi;
Bakının Moskva qarşısında 10 Noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi ilə bağlı tələbləri sərtləşəcək: erməni silahlılarının bölgədən çıxarılması ilk sıradadır.
Silahlı ermənilərin çıxarılması prosesinin yaz aylarında (mart-aprel) gerçəkləşə biləcəyi mümkündür: 
- Bakı sülhməramlıların funksiyasını yerinə yetirməməsinə qış aylarına görə göz yumduğunun mesajını vermişdi: bu o demək idi ki, qışdan sonra səssiz qalmayacaq;
- Bakının əlini gücləndirmək üçün mərkəzin fəaliyyətinə başlamasına (türklərin rəsmən gəlişini) ehtiyac var idi”.
Xatırladaq ki, bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ağdamda açılışı olub.
Aydın