Xəbər lenti

Türkiyə Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib - Administrasiya
Siyasət15:58 27.06.2016

Türkiyə Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib - Administrasiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Rusiya Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib. Bunu Trend-ə Türkiyə Prezidentinin administrasiyasında dedilər.

"Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib".

Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir: "Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".

Qaynarinfo.az