Xəbər lenti

Türkiyə və İsrailin ortaq maraqları çoxdur - Politoloq
Siyasət12:16 20.06.2022

Türkiyə və İsrailin ortaq maraqları çoxdur - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək. Türkiyədə keçirilən görüşlər zamanı ikitrərəfli əlaqələr və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən politoloq Turan Rzayev deyib ki, hazırda Türkiyə İsrail münasibətləri normallaşma mərhələsinə qədəm qoyub:
"İsraillə Türkiyə arasında ortaq maraqlar çoxdur. Regional təhlükəsizlik məsləsi və iqtisadi sferada əməkdaşlıq, regionda yeni qaz-neft resurslarının aşkarlanması iki ölkə münasibətlərinin inkişafını zəruri edən məqamlardandır. Səfər fonunda bu məsələlər müzakirə predmeti ola bilər”.
Ekspertə görə, İran məsələsində də Ankara ilə Təl-Əvivin ortaq mövqedən çıxış etməsi mümkündür:"İranın qətlə yetirilən nüvə alimlərinin qisasını almaq üçün Türkiyədə yaşayan tanınmış  yəhudilərə qarşı təxribatlar həyata keçirilə bilər. İstisna deyil ki, planlaşdırılan terror hadisələrinin qarşısını almaq üçün hər iki ölkənin əməkdaşlığına ehtiyac yaranıb”.
Politoloq onu da qeyd edib ki, Türkiyə İsraillə münasibətlərin inkişafından həm də özünün mövcud ağır iqtisadi durumununun dirçəldilməsi üçün istifadə edə bilər:"Ola bilsin ki, Ərdoğan İsrail investorları hesabına ölkəyə əlavə investisiya cəlb etməyi də düşünür. Seçkiqabağı ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün Ərdoğan belə bir addım ata bilər”.
Rüfət Sultan