Xəbər lenti

Türkiyə və Rusiya Dağlıq Qarabağla bağlı razılığa gəldi
Siyasət12:41 11.12.2016

Türkiyə və Rusiya Dağlıq Qarabağla bağlı razılığa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər.
Bu barədə Trend-ə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupu rəhbəri Rəcai Bərbər deyib.
Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.
"Əslində, Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq", - deyə Dostluq Qrupu rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə, məsələn Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir, amma Ankara ilə Yerevan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sona mümkündür.
Qaynarinfo.Az