Xəbər lenti

Türkiyə XİN rəhbəri: Makron obyektiv ola bilmir
Siyasət11:00 17.10.2022

Türkiyə XİN rəhbəri: Makron obyektiv ola bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təəssüf ki, Fransa obyektiv ola bilmir”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib: "Biz də Rusiya illə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”.
M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: "30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.