Xəbər lenti

Türkiyədə Azərbaycan mahnılarından ibarət albom çıxarıldı
Maqazin09:44 05.03.2018

Türkiyədə Azərbaycan mahnılarından ibarət albom çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Azərbaycan mahnılarından ibarət "Azarbaijan Love Songs'' adlı albom işıq üzü görüb.
Qaynarinfo Türkiyənin Posta qəzetinə istinadən xəbər verir ki, 20 mahnıdan ibarət albom qadınlara qarşı şiddət göstərilməsinin qarşısının alınması və bu məsələdə həmrəylik nümayiş etdirmək məqsədilə hazırlanıb.
Alboma "Uzun Gecələr", "Saçlarına gül düzüm", "Alagöz", "Ay Laçın", "Tut ağacı", "Ay qız", "Nazəndə sevgilim" kimi bir sıra mahnılarımız daxil edilib. 
Mahnılar fərqli aranjmanda Marmara Universitetinin musiqi müəllimliyi fakültəsinin məzunu skripka ifaçısı Utku Barış Ardaç və İstanbul Texniki Universitetinin məzunu pianist Ozan Sarıboğanın ifasında səsləndirilib.
Albomun satışından əldə edilən gəlirin böyük bir qismi şiddətə məruz qalmış qadınların və uşaqlarının şiddətdən uzaq həyat qurmaları istiqamətində fəaliyyət göstərən Mor Çatı Qadın Sığınacağı Vəqfinin balansına köçürüləcək.