Xəbər lenti

Türkiyədə azərbaycanlı narkotacir qadın saxlanıldı (FOTO/VİDEO)
Ölkə14:05 27.08.2021

Türkiyədə azərbaycanlı narkotacir qadın saxlanıldı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərindən Samsuna narkotik daşıyan narkotacirlər saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, aralarında azərbaycanlı qadının da olduğu narkotacirlər polisə yaxalanmamaq üçün müxtəlif yollardan istifadə ediblər. Əməliyyat Samsun Təhlükəsizlik İdarəsinin, Narkotiklə Mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. 
Polislər əvvəlcə şübhəlilər Ö.E., Ü.Ö. və Azərbaycan vətəndaşı A.G. adlı qadının texniki və fiziki yollarla təqibinə başlayıb. Əməliyyatçılar narkotik satıcıları avtomobillə Kastamonu və Sinop üzərindən Samsuna çatmaq üçün İstanbuldan yola çıxdıqlarını təyin ediblər. Əvvəlcə iki narkotacirin avtomobili Samsunun Bafra mahalının Osmanbeyli rayonunda keçirilən əməliyyatda saxlanılıb.
Avtomobildə olan O.E. və O.T.-nin üzərindən, 487,81 qram metamfetamin ələ keçirilib. Daha sonra polis O.E. və O.T.-nin Samsung şəhərində getikləri ünvanda əməliyyat keçirib. Şəhərin Bafra qəsəbəsində bir ünvana keçirilən əməliyyatda Ü.Ö. və Azərbaycan vətəndaşı A.G. adlı qadın saxlanılıb. 
Polis onların izahatı aldıqdan sonra Ö.E.Ü. və Ö.O.T. ilə A.G. adlı azərbaycanlı qadını "narkotik ticarəti" ilə məşğul olma maddəsi ilə Samsun Ədliyyə Məhkəməsinə gətiriliblər. Məhkəmənin hökmü ilə onlar həbs olunublar.
Aydın
<iframe style="width:100%;height:100%;position:absolute;left:0px;top:0px;overflow:hidden" frameborder="0" type="text/html" src="https://www.dailymotion.com/embed/video/x83rtfr?autoplay=1" width="100%" height="100%" allowfullscreen="" allow="autoplay">