Xəbər lenti

Türkiyədə bir günlük matəm elan edildi
Dünya 23:16 01.08.2024

Türkiyədə bir günlük matəm elan edildi

Avqustun 2-si Türkiyədə bir günlük matəm elan edilib.


Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X”dəki hesabında yazıb.


"Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, - Ərdoğan sosial şəbəkə hesabında yazıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->