Xəbər lenti

Türkiyədə daha bir referendum keçirilə bilər
Ölkə07:56 26.03.2017

Türkiyədə daha bir referendum keçirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Türkiyənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə bilər".

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, ölkənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə biləcəyini istisna etməyib. 

"16 aprel referendumundan sonra biz Avropa İttifaqına daxil olmaqla bağlı danışıqların davam etdirilib-etdirilməməsi barədə referendum keçirə bilərik" — Ərdoğan bəyan edib.

Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Almaniya və Hollandiya rəsmilərinin türkiyəli nazirlərin referendum öncəsi bu ölkələrdəki türklər qarşısında çıxış etməyə imkan verməmələrindən sonra gərginləşib.

Qaynar.Az