Sənət 11:10 06.06.2022

Türkiyədə əməliyyata hazırlanan aktyordan xəbər var - Həyat yoldaşından açıqlama

"Elvinin vəziyyəti qənatbəxşdir. Həddindən artıq güc itirib, dərmanlarla yenidən əməliyyata hazırlayırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin həyat yoldaşı Elvina Ağayeva deyib. O bildirib ki, Elvinin əməliyyata girməsi üçün immuniteti güclənməlidir:

"İmmuniteti güclələn kimi Elvin əməliyyat olunacaq. Yuxu nədir bilmirik, hamımız Elvinin tezliklə əməliyyata hazır olmasını gözləyirik və dua edirik”.

Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. Aktyor hazırda Türkiyədə mülaicə olunur.

Bahar Rüstəmli